DYP: Piyadavurma hadisələrinin əksəriyyəti piyada keçidlərinin yaxınlığında baş verir

13:52 - 17 Yanvar 2018 - Xəbər

15 gün ərzində baş verən qəzalarda ölən 9 nəfərdən 5-i piyadadır

İlin əvvəlindən bu vaxta qədər Bakı şəhər ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, nəticədə 9 nəfər həlak olub, 26 nəfər müxtəlif bədən xəsarəti alıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisənin, 2 ölüm faktının azalması, eyni zamanda 9 xəsarat sayının aşağı düşməsi deməkdir.

V.Əsədov bildirib ki, hadisələrin 30 faizi sürət həddinin aşılması, 62 faiz isə piyadaların vurulmasıdır. Bu il ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 9-da piyadavurma halları qeydə alınıb ki, nəticədə 5 nəfər həlak olub. Aparılan təhlillər göstərir ki, piyadavurma hadisələrinin əksəriyyəti məhv piyada keçidlərinin yaxınlığında baş verir: "Bu o deməkdir ki, piyadalar keçiddən yox, kənardan keçirlər. Sürücülər də arxayın olur ki, piyada ancaq keçiddən keçəcək. Bunu nəzərə alaraq sürücülərə tövsiyyə edirik ki, piyada keçidlərinin yaxınlığında da ehtiyyatlı olsunlar, sürəti azaltsınlar".

Vaqif Əsədovun sözlərinə görə, ötən il Bakıda qayda pozaraq keçid olmayan yerlərdən yolu keçən 88 min piyadaya inzibati protokol yazılıb.

Xəbər xətti