Azərbaycan-Pakistan işçi qrupunun görüşü başlayıb

13:43 - 17 Yanvar 2018 - Xəbər

Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.
 

"Ucnoqta.az" Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.
 

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Xəbər xətti