Ana səhifə
18 Avqust 2018

Braziliyalı oyunçu millimizə qoşulub

Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.
 

"Ucnoqta.az" Azərbaycan Futzal Federasiyasından Trend-ə verilən məlumata istinadən bildirir ki, karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün səhər saatlarında Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək vətəni Braziliyaya baş çətən futzalçı bu gün məşqə qoşulacaq.
 

Xatırladaq ki, ötən ilin aprel ayrında Bakıda keçirilən AÇ-nin seçmə mərhələsinin oyunlarında iştirak edən Fineo dekabrda İranda təşkil edilən beynəlxalq turnirə dəvət edilməmişdi. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi.

Tarix
17 Yanvar 2018 [13:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin