Van Qoqun daha iki əsəri tapıldı

23:38 - 17 Yanvar 2018 - DÜNYA

Hollandiyanın Amsterdam şəhərindəki muzeyin əməkdaşları Vinsent Van Qoqun daha iki əsərini tapıblar.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, rəsm əsərləri bu günə qədər dünyaya məlum olmayıb.
 

Rəsmlərdən birincisi "Monmartrda təpə" adlanır və 1886-cı ildə çəkilib. Bu vaxta qədər rəsm əsəri "Van Vlissingen" art-fondunda saxlanılırdı və rəssam naməlum hesab edilirdi. Mövzu, üslub, texnika və materialların analizi sayəsində əsərin Van Qoqun fırçasından çıxdığı müəyyən edilib.
 

İkinci rəsm əsəri isə Van Qoq muzeyinin fondunda saxlanılsa da, yaranma tarixi və adı bilinmirdi.
 

Hazırda hər iki rəsm əsəri Laren şəhərindəki Uilyam Sinqer muzeyində nümayiş etdirilir.

Xəbər xətti