Ana səhifə
22 Fevral 2018

Fransa Rusiyanın "Çar borcları"nı bağışladı

Fransanın iqtisadiyyat nazirliyi Rusiya imperiyası dövründən Fransaya qalan borca aid məhkəmə prosesi barədə məlumat verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, rəsmi Paris Rusiyaya qarşı bu məsələ ilə bağlı istənilən tələbdə imtina edib. 
 

Nazirlik bildirir ki, "rus zayomları" ilə bağlı məsələ 1997-ci ildə ləğv edilib. 1997-ci ilə Fransa və Rusiya qarşılıqlı olaraq 1945-ci ilin 9 may tarixinə qədər aralarında yaranan bütün maliyyə borclarından imtina etmişdilər.
 

Bununla yanaşı maliyyə nazirliyi bəyan edib ki, vətəndaşlarına borcları uğrunda mübarizə aparmağı qadağan edə bilməz.
 

Qeyd edək ki, fransız investorlarının 400 minə yaxın varisi çar Rusiyasının borclarının Rusiya Federasiyası tərəfindən ödənilməsini tələb ediblər.

Tarix
17 Yanvar 2018 [22:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ