Musa Tükənov özünü təqsirli bilməyib

12:07 - 17 Yanvar 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası davam etdirilib.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

M.Tükənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, həmin ittihamları qəbul etmədiyini deyib.

Xəbər xətti