Bakıda “Oba” marketin müdirini bıçaqladılar

11:59 - 17 Yanvar 2018 - HADİSƏ

Bakıda axtarışda olan şəxs tutulub.

 

Ucnoqta.az” xəbər verir ki, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən "Oba” marketdən ərzaq məhsullarını oğurlamağa cəhd edən Lənkəran sakini, 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 15-ci Polis Bölməsində aparılan araşdırma zamanı onun E.Mehdiyev küçəsində yerləşən "Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyi və buna görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir/lent.az

 

Xəbər xətti