Ana səhifə
19 Fevral 2018

Bakıda "bomj"ı öldürən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə D.Razumniy 18 il və S.Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclasda prokuror D.Razumniyin 19 il və S.Zenyukovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Xatırladaq ki, ittiham aktına əsasən, qətl hadisəsi bu il aprelin 30-da Səbail rayonu Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı S.Zenyukov tanışı D.Razumnıy ilə birgə yaşayıb. Həmin şəxslər qadın tanışları olan Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. 

Yeyib-içəndən sonra S.Zenyukov Y.Sandrandinova ilə cinsi əlaqədə olmaq istəyib. Bu zaman qadın buna etiraz edib və evin dəhlizinə çıxıb. S.Zenyukov da qadının arxasıyca dəhlizə çıxaraq, onun baş və bədən hissələrinə yumruq və təpik zərbələri vurub. D.Razumnıy da dostu S.Zenyukova kömək edərək qadını döyərək, soyundurub və divana uzadıb. Bu zaman qadın özündən gedib. S.Zenyukov Y.Sandrandinovaya seksual xarakterli hərəkətlər edərək yatıb. 

Gecə saat 4:00 radələrində S.Zenyukov yenidən yuxudan oyanaraq, qadınla cinsi əlaqədə olmaq istəyib. Bu zaman o, qadının öldüyünü bilib.
D.Razumniylə S.Zenyukov birlikdə qadının paltarlarını əyninə geyindirib və onun cansız bədənini evdən çölə çıxardaraq, həyətin kücünə qoyub.
Daha sonra məhəllə sakinləri tərəfindən Y.Sandrandinovanın meyiti aşkarlanıb.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zenyukov və D.Razumnıy həbs edilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (kömksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham olunur. 

Xatırladaq ki, təqsirləndirilən şəxslər və qətlə yetirilən qadın əvvəllər tüfeyli ("Bomj") həyat yaşayıb.

Tarix
17 Yanvar 2018 [11:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ