Ana səhifə
15 Noyabr 2018

2015-ci ilin dövlət büdcəsi qəbul edildi - Dəyişikliklərlə

Azərbaycan Respublikasının 2015-ci il dövlət budcəsinə dəyişikliklər edilib.

 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov qeyd edib ki, millət vəkillərinin üçgünlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxılıb və büdcədə bəzi dəyişikliklər edildib.

Nazir qeyd edib ki, hökumət millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təkliflərini nəzərə alaraq bu xərclərə 8 milyon manat əlavə edilməsini məqbul hesab edir: “Artım baş verdikdə elmə ayrılan vəsait 150,5 milyon manat təşkil edəcək”.

Həmçinin S.Şərifov siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin nəzərə alındığını bildirib: "2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Bunun tam məbləğdə partiyalar arasında bölüşüdürülməsi nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq. Bununla yanaşı, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək hökumət əlavə 600 min manat artırılması təklifini qəbul edir. Bu da QHT-lərin fəaliyyətinə olan qayğının təzahürüdür”.

Nazir əlavə edib ki, bələdiyyələr üçün nəzərdə tutulan dotasiyaların artırılması ilə bağlı deputatlar təkliflər irəli sürüblər: “Bir neçə il ərzində bələdiyylərə ayrılan vəsaitin icrası qənaətbəxş deyil. Maksimal icra faizi 89% təşklil edib. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi hesabınadır. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bununla da bələdiyyələrin maliyyə təminatı yaxşılaşacaq”.

Onun sözlərinə görə, Milli Məclisin xərclər smetasına da dəyişikliklər edilib: “Hökumət Milli Məclisin xərclərini nəzərə alaraq əlavə 450 min manat vəsaitin ayrılmasını məqsədəuyğun hesab edir. Bununla da Milli Məclisin xərclər smetası artıralaraq 23 milyon 807 min manata çatdırılacaq.

Sonda Azərbaycan Respublikasının 2015-ci il dövlət budcəsi səsə qoyularaq qəbul edilib.

 

Tarix
28 Noyabr 2014 [12:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin