Finlandiyada prezident seçkiləri başladı

21:45 - 17 Yanvar 2018 - Xəbər

Finlandiyada növbədənkənar prezident seçkiləri başlayıb.

"Ucnoqta.az"  "Ölkə.Az"a istinadən xəbər verir ki, səsvermə 23 yanvar tarixinə qədər davam edəcək.

Finlandiyanın ədliyyə nazirliyinin xəbərinə əsasən, əsas namizəd hazırki prezident Sauli Niinistedir.

Seçki məntəqələri şəhərlərin meriya binaları, kitabxanalar, ticarət mərkəzlərində fəaliyyət göstərəcək. Xarici ölkələrdə yaşayanlar isə Finlandiya diplomatik korpuslarında səs verəcəklər.

5.5 milyon əhalinin 4.5 milyonu seçicidir. Seçkilərin əsas hissəsi rəsmi olaraq 28 yanvar tarixində start götürəcək.

Xəbər xətti