Təcili Tibbi Yardım: Yol qəzalarında xəsarət alanların sayı artıb

21:20 - 17 Yanvar 2018 - Xəbər

Ötən il yol-nəqliyyat hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olub.
 

"Ucnoqqta.az" Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.
 

Onun sözlərinə görə, 2017-ci il ərzində Stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərib.
 

Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Əvvəlki illə müqayisədə 2017-ci il ərzində hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.

Xəbər xətti