"İnqa" 1000-dən çox reysi saxladı

10:03 - 17 Yanvar 2018 - DÜNYA

ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki aeroportda əlverişsiz hava şəraitindən 1000-dən çox aviareys təxirə salınıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, resylər Corc Buş və Uilyam Hobbi adına aeroportlarda təxirə salınıb. Məlumata görə, müvafiq olaraq bu aeroportlarda 787 və 223 reys təxirə salınıb. Daha 64 reysin ləngidiyi bildirilir.
 

Daha öncə meteoroloqlar "İnqa" qasırğasının Luiziana, Missisipi, Alabama, Corciya, Cənubi və Şimali Korolona ştatlarına təhlükə yaradacağı barədə xəbərdarlıq etsələr də, qasırğa Texasdan da yan keçməyib.
 

Həmin ərazilərdə hazırda güclü küləklə müşayiət olunan qarlı hava hökm sürür.

Xəbər xətti