Ronaldinyo karyerasını rəsmən başa vurub

19:08 - 17 Yanvar 2018 - DÜNYA

 Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo karyerasını rəsmən başa vurub.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, 37 yaşlı hücumçunun karyerasını bitirməsi barədə qardaşı Roberto de Assis Moreyra məlumat verib.

Onun peşəkar karyerasında son klubu "Fluminense" olub. Futbolçu bu klubu 2015-ci ilin sentyabrında tərk edib. 2002-ci ilin dünya çempionu son vaxtlar müxtəlif nümayiş xarakterli matçlarda iştirak edib.

Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib.

Xəbər xətti