Xavier Qarsiya “Neftçi”də

09:51 - 17 Yanvar 2018 - İDMAN

Topaz Premyer Liqasının ikinci yarısına hazırlıqları davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt klubu paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsiya ilə bir illik müqavilə bağlayıb.
 

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.

Xəbər xətti