Ana səhifə
14 Noyabr 2018

Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək

Cari ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq “Bakutel” XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində, 03.12.2014-cü il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək.

 

 

Ucnoqta.az xəbər verir ki, forumda Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq, hər iki ölkədə və 3-cü ölkələrdə birgə investisiya imkanları müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.

Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin rəsmi hissəsində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini cənab İltimas Məmmədov, Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri cənab Tayfun Acarer, İstanbul Ticarət Palatasının sədri, cənab İbrahim Çağlar və Türkiyənin ölkəmizdəki səfiri cənab Alper Coşkunun çıxış etməsi nəzərdə tutulur.

Forumun ikinci hissəsi B2B formatında davam edəcək, hər iki ölkənin aparıcı İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək.

 

Bəhruz

Tarix
28 Noyabr 2014 [12:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin