Xalq artisti reanimasiyaya yerləşdirildi

17:13 - 16 Yanvar 2018 - Xəbər

Azərbaycanın xalq artisti reanimasiyaya yerləşdirilib
 
Xalq artisti  Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Facebook” sosial şəbəkəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov yazıb.
 
O qeyd edib ki, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
 
Xatırladaq ki, xalq artistinin bundan əvvəl də - ötən ilin iyulunda  vəziyyəti qəfil pisləşmişdi.
 
Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.

Xəbər xətti