Ana səhifə
15 Noyabr 2018

Məmmədyarov Fransa təhsil naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb.
 
"Ucnoqta.az" XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə ediblər.

Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən E. Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırıb. Bu xüsusda, tələbələrin Paris, Nansi, Lion universitetləri, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslar, gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiyini əlavə edib.

Nazirlər həmçinin qarşılıqlı olaraq, dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirilib.

Nazirlər Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Birgə Azərbaycan-Fransız Universitetinin təsis edilməsini və fəaliyyətini qeyd ediblər.

E. Məmmədyarov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın istiqamətlərdən birinin Fransa hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən təqaüd proqramlarının olduğunu vurğulayıb və təqaüdlərin sayının artırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.
 
F. Vidal isə 2017-ci ildə Azərbaycana 50 tələbə yeri üçün təqaüdün verildiyini qeyd edib və ERASMUS Proqramı çərçivəsində tələbə mübadiləsinin uğurla davam etdirildiyini deyib. E. Məmmədyarovun fransız tələbələrin Azərbaycanda təhsil alması və tədqiqatlar aparması dəvətinə gəldikdə isə F. Vidal bu təklifin maraqlı ola biləcəyini və bu istiqamətdə Fransa tərəfinin əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə həmçinin Fransanın Strasburq Universiteti və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq, Fransa arxivlərində Azərbaycan mühacir hökumətinin Fransada fəaliyyətini əks etdirən sənədlərin mövcudluğunu, eyni zamanda Azərbaycan arxivlərində Fransaya aid diplomatik, mədəniyyət və digər sahələrə aid sənədlərin mühafizə edildiyini nəzərə alaraq, arxivlərin qarşılıqlı istifadəsinin genişləndirilməsi məsələsi müzakirə edilib.

Tarix
16 Yanvar 2018 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin