Şimali Koreyada avtomobil yolları pullu olacaq

01:45 - 17 Yanvar 2018 - Xəbər

Şimali Koreyada yanvarın 20-dən sonra avtomobil yolları pullu olacaq.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu məlumat Rusiyanın Şimali Koreyadakı səfirliyinin Facebook səhifəsində yayılıb.

İnformasiyaya əsasən, Pxenyan-Vonsan sürətli turist yoluda ödənişli olacaq.

“Bundan sonra yay mövsümündə Şimali Koreyanın paytaxtından Yapon dənizinin şərq sahillərində isitrahət etməyi sevənlər öz avtomobilləri üçün iki tərəfə 8 avro ödəməli olacaq”, - deyə səfirlik bildirib. 

Xəbər xətti