Ronaldo: "İngiltərəyə qayıdıram"- Video

15:05 - 16 Yanvar 2018 - İDMAN

Ispaniya mətbuatı Kriştiano Ronaldonun İngiltərəyə dönəcəyini yazıb

Ispaniya mətbuatı "Real Madrid"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun mövsümün sonunda keçmiş komandası "Mançestr Yunayted"ə geri dönəcəyi barədə məlumat yayıb. Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ronaldo öz komanda yoldaşlarına deyib. Xəbərdə Ronaldonun klubun prezidenti Florentino Peres tərəfindən "aldadılmaq" hissinə qapandığı bildirilərək, yenidən Mourinyonun rəhbərliyi altında oynamağa hazır olduğu bildirilir.

Qeyd edək ki, portuqaliyalı ulduz illik 21 milyon avroluq gəliri ilə Neymar (36 milyon avro) və Messidən (50 milyon avro) geri qalır. Ronaldo bu mövsüm 14 liqa oyununda 4 qol müəllifi olub.

Xəbər xətti