Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib - YENİLƏNİB

14:11 - 16 Yanvar 2018 - Xəbər

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Fərhad Bədəlbəyli, Ağaverdi Paşayev və başqaları iştirak ediblər.
 
F. Bədəlbəyli Ç. Sadıxovun vəfatını Azərbaycan mədəniyyəti və musiqisi üçün böyük itki kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycan musiqisində Ç. Sadıxovun özünəməxsus yeri və xidmətləri var.
 
Mərhumun cənazəsi dəfn üçün II Fəxri Xiyabana götürülüb.
 


Xəbər xətti