Bakıda keçmiş sevgilisini öldürənə 19 il iş verildi

12:55 - 16 Yanvar 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda sevgilisinin qaldığı evə basqın edərək 1 nəfəri öldürüb, 2 nəfəri yaralamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Sənan Məmmədova hökm oxunub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə S.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, S.Məmmədov keçmiş sevgilisi 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın kirayədə yaşadığı “Sovetski”dəki evə basqın edib. Aralarında baş verən mübahisə zamanı S.Məmmədova keçmiş sevgilisini və ev sahibi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanı və onun oğlu, 1991-ci il təvəllüdlü Laçın Həsənovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən M.Əliyeva orada vəfat edib.

Xəbər xətti