Ana səhifə
20 Oktyabr 2018

İbadi ilə "Haşdi Şabi" ittifaqı bir günə dağıldı

İraqın baş naziri Heydər əl-İbadinin İrana yaxın silahlı qruplaşma sayılan "Haşdi Şabi" ilə seçki ittifaqı bir günə dağılıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə "Haşdi Şabi" qruplaşmasından "Əsaib Ehlilhah" qrupunun mətbuat katibi Naim Ubudi açıqlama verib:

" Əl-Fəth koalisiyası olaraq İbadinin koalisiyasından ayrılaraq seçkilərdə iştirak etmək qərarına gəldik". Ubudi İbadi ilə "Haşdi Şabi" ittifaqının siyasi yox, texniki problemlər səbəbindən dağıldığını bildirib.

İbadinin rəhbərlik etdiyi koalisiyaya yaxın mənbələr isə Ammar Həkim liderliyindəki Hikmet axını ilə vəzifədən uzaqlaşdırılan müdafiə naziri Halid Ubeydi və digər bəzi sünni məzhəbli partiyaların koalisiyaya daxil olmasının "Haşdi Şabi" qruplarının ittifaqdan ayrılmasına səbəb olduğunu bildirir.

İbadi isə hələ açıqlama verməyib.

Tarix
16 Yanvar 2018 [23:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin