Ana səhifə
26 May 2018

ATƏT nümayəndələri Ağdam rayon İcra Hakimiyyətində olublar

Bu gün Azərbaycan və Ermənistan qoşunlarının Ağdam rayonu istiqamətindəki qarşıdurma xəttində monitorinq keçirəcək ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller  Ağdam rayon İcra Hakimiyyətində olublar.

 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, ATƏT nümayəndələrini rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev qəbul edib.
ATƏT nümayəndələrinə  bildirilib ki, ermənilər 2017-ci ilin 9 avqust tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 435 dəfə atəşə tutub.

 
ATƏT nümayəndələri daha sonra hərbçilərin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar.

 
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Tarix
16 Yanvar 2018 [11:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin