CHP hakimiyyəti Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıb

22:00 - 16 Yanvar 2018 - DÜNYA

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə hakimiyyətini Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlardan imtina etməyə çağırıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, müxalifət bu çağırışını onunla izah edir ki, Afrində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terror təşkilatlarına qarşı hərbi əməliyyatlar Türkiyə daxilində vəziyyəti gərginləşdirə bilər. Belə ki, bu, PKK terrorçularının fəallaşmasına gətirib çıxara bilər.
 

Bununla belə, CHP ABŞ-ın PYD və YPG-yə münasibətdə mövqeyini kəskin pisləyib.

Xəbər xətti