Ana səhifə
16 Fevral 2019

Putin: Kommunizm xristianlığa bənzəyirdi

Kommunizm xristianlığa bənzəyirdi.

"Ucnoqta.az" Trend-iə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Leninin nəşinin basdırılması ilə bağlı mübahisələrə toxunan dövlət başçısı qeyd edib: "Bəlkə bir çoxlarının xoşuna gəlməyəcək, amma deyəcəyəm. Ateizm dövründə rahiblər yox edildi, kilsələr dağıdıldı. Amma eyni zamanda yeni bir din yaradıldı. Kommunizm idealogiyası əslində xristianlığa bənzəyir. Azadlıq, qardaşlıq, bərabərlik və ədalətli sistem - bütün bunlar və digərləri "İncil"də var. Yəni kommunizm qurucuları yeni bir şey icad etmədilər, müqəddəs kitabdan bəhrələndilər".

V.Putin Leninin mavzoleyini xristianlıqdakı müqəddəslərlə müqayisə edib: "Leninin nəşini mavzoleyə qoydular. Bunun xristianlar üçün nur mənbəyi olan müqəddəslərdən fərqi nədir?"

Tarix
16 Yanvar 2018 [20:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin