Ana səhifə
18 Noyabr 2018

Bakı- Şamaxı-Yevlax yolu buz bağlayıb - Avtomobillər yolda qalıb - FOTO

Şamaxı və ətraf rayonlarda qar və şaxtalı hava səbəbindən avtomobil yolları buz bağlayıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, iki gündür aramsız yağan qar, magistral yolda hərəkəti çətinləşdirib.

Şəhərdaxili yollarla yanaşı, magistral yollar da buz bağlayıb, bəzi nöqtələrdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.

Muğanlı - İsmayıllı yolunun 15-17 kilometrliyində yolun hərəkət hissəsində də nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əsasən səhər saatlarında yolda sürüşkənlik müşahidə olunub.

Bundan başqa, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Cəngi yaşayış massivi yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Yollarda intensiv hərəkəti təmin etmək üçün İsmayıllı və Qobustan rayon yol idarəsinin texnikaları əraziyə cəlb olunub. Yollardan buzun təmizlənməsi üçün sözügedən ərazilərə qum-duz qarışığı səpilib.

Tarix
16 Yanvar 2018 [10:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin