Ana səhifə
15 Noyabr 2018

Donald Tramp Qatar əmri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

ABŞ prezidenti Donald Tramp Qatar əmri ilə telefonla danışıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Verilən məlumata görə, danışıq Trampın təşəbbüsü ilə reallaşıb.
 

Danışıq zamanı D.Tramp Qatar əmri Şeyx Təmim bin Həməd Al Taninin ilə Yaxın Şərqdəki təhlükəsizlik məsələlərini müzakirə ediblər.
 

“Bu gün prezident D.Tramp Qatar əmri Şeyx Təmim bin Həməd Al Taninin ilə telefonla danışıb. Onlar iki ölkə arasında münasibətlər və əlaqələrin inkişafı barədə müzakirə aparıblar. Müzakirənin əsas mövzularından biri də Yaxın Şərqdəki təhlükəsizlik məsələləri olub. Danışıqlar əsnasında terrorla mübarizə və radikal dini qrupların məhvi barədə söhbət aparılıb”, - deyə məlumatda bildirilib.
 

Qeyd edilib ki, danışıqlar zamanı İranın nüvə istehsalı və Tehranla bu istiqamətdə mübarizə yolları barədə də danışıq aparılıb.

Tarix
16 Yanvar 2018 [20:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin