Lerikdə avtomobil dərəyə aşdı - Yaralılar var

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Hamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb.

Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tarix
16 Yanvar 2018 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin