5 bala yaxın zəlzələ Portuqaliyanı "qorxutdu"

17:35 - 15 Yanvar 2018 - Xəbər

Portuqaliyada Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ baş verib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar Lissabon şəhərindən 101 kilometr şərqdə baş verib.
 

Məlumata görə, zəlzələnin episentri yerin 16 kilometrliyində qeydə alınıb.
 

İtkilər və ya fəsadlar barədə məlumat verilməyib.

Xəbər xətti