Roma papası etiraf etdi: Həqiqətən qorxuram...

17:00 - 15 Yanvar 2018 - Xəbər

Roma papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Roma papası bu sözləri Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib.
 

Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: "Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır".
 

Qeyd edək ki, bu gün I Fransiskin Çili və Peruya səfəri başlayıb. Bu, Roma papasının fəaliyyətə başladığı gündən 22-ci beynəlxalq səfəridir.

Xəbər xətti