SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi-BORC PULA GÖRƏ

16:36 - 15 Yanvar 2018 - ÖLKƏ İÇİ

Dünyanın ən iri neft istehsalçıları olan “Lukoyl” və SOCAR iş adamı Mübariz Mənsimovun "Palmali" şirkətini “qara siyahı”ya salıb.

 

“Qafqazinfo” “Deniz Haber” portalına istinadən xəbər verir ki, Lukoyl şirkəti Palmali Dənizçilik ilə olan neftdaşıma sazişlərini ləğv edib, SOCAR şirkəti isə öz zavod və müssisələrinə Palmali gəmilərinin daxil olmasına qadağa qoyub. 

Palmali Dənizçilik Şirkəti SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisi müsadirə edilib. Həmin gəmilər SOCAR-ın balansına keçərək yeni gəmiçilik şirkəti yaradılıb. 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti isə Mənsimovun sahib olduğu “Palmali”nin Rusiyadakı törəmə Palmali LLC şirkəti haqda vergi pozuntuları ilə bağlı araşdırmaya başlayıb. Belə ki, şirkətin 2010-2011-ci illərdəki gəlirləri ilə bağlı yanlış məlumatlar verdiyinə dair şübhələr var. Palmalinin vergi borcunun 44 milyon 800 min dollar olduğu qeyd edilir. 

Xəbər xətti