Ana səhifə
17 Avqust 2018

"SONY" smartfonların çeşidini azaldacaq

Yaponiyanın “Sony” şirkəti ciddi itkilərlə üzləşir. Şirkətin bahalı məhsulları Çinin ucuz elektronikası ilə rəqabətdə dözümsüzlük nümayiş etdirir.

 

 

Ucnoqta.az bildirir ki, mənfəət əldə etmək üçün “Sony” müxtəlif televizor və smartfon modellərinin buraxılışından imtina etmək qərarına gəlib.

İstehsalçı əsas diqqəti “PlayStation” oyun konsolunun inkişafına və kameralar üçün sensor istehsalına yönəldir. Hazırda smartfon biznesi şirkətin əsas itki mənbələrindən biridir. “Sony” nümayəndələri bildiriblər ki, biznesi daha gəlirli etmək üçün mobil bazarda payın azalmasına hazırdırlar.

Şirkətin məhz hansı smartfon modellərinin istehsalını dayandırması hələ ki naməlumdur. “Sony” üçün əsas gəlir mənbələrindən biri “PlayStation” üçün kontentin rəqəmli distribusiyası, müxtəlif abunələrin və konsolların satışı olacağı gözlənilir.

Xatırladaq ki, bu yaxınlarda Cənubi Koreyanın “Samsung” şirkəti də bu vasitəyə əl atıb. Şirkət bəyan edib ki, 2015-ci ildə buraxılan smartfonların çeşidini 30 faiz azaldacaq (mincom.gov.az).

Tarix
28 Noyabr 2014 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin