Silah satan keçmiş məhkum saxlanılıb - Foto

14:29 - 15 Yanvar 2018 - Xəbər

Paytaxtın Nizami rayonunda “Revolver” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.
 

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 3 ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.
 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.


Xəbər xətti