Türkiyə Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib

01:55 - 16 Yanvar 2018 - Xəbər

Türkiyə Silahlı Qüvvələri (SQ) yanvar ayının sonunadək Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər.
 

"Ucnoqta.az"-ın Trend-ə istinadən verdiyi məlumata görə, SQ Afrində PYD və YPG terror təşkilatlarına qarşı əməliyyatlara başlamaq üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
 

Qeyd edək ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının rəsmi Vaşinqtonun öhdəlikləri və bəyanatları ilə ziddiyyət təşkil etdiyini və Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.

Xəbər xətti