Ötən il "təhlükəsiz şəhər kameraları" ilə 624 cinayət açılıb

00:55 - 16 Yanvar 2018 - Xəbər

Ötən il ölkədə “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə daxili işlər nazirlit Ramil Usubov bu gün Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.
 

Nazir bildirib ki, piyadaların vurulması faktları da daxil olmaqla 18.132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb.
 

Hüquqazidd əməllərdən zərər çəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.

Xəbər xətti