Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək

00:25 - 15 Yanvar 2018 - Xəbər

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
 

"Ucnoqta.az" xəbər verir ki, Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

Xəbər xətti