Azərbaycan NATO Hərbi Komitəsinin tədbirlərində iştirak edəcək

23:15 - 15 Yanvar 2018 - Xəbər

Azərbaycan NATO-nun Hərbi Komitəsinin tədbirlərində iştirak edəcək.
 

"Ucnoqta.az" Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
 

Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Xəbər xətti