Fikrət Qocanın oğlunun qatili yenidən hakim qarşısında

11:50 - 15 Yanvar 2018 - Xəbər

Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə hökmündən apellyasiya protesti və şikayəti verilib.


"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, prokuror protesində həmin şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
 

Şikayət və protestə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə ehtiyasızlıqdan adam öldürmə maddəsinə tövsif edilib. 
 

Xatırladaq ki, ötən ik martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.
 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Xəbər xətti