Ana səhifə
15 Noyabr 2018

Bağdadda terror: 25 ölü, 63 yaralı

Bu gün İraqın paytaxtı Bağdadda silahlı hücum nəticəsində ən azı 25 nəfər  ölüb, 63 nəfər yaralanıb. Səlahiyyətli şəxslərin  sözlərinə görə, bu, artıq son üç gündə baş verən  ikinci belə hadisədir.

 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, şəhər mərkəzindəki Tayaran Meydanında törədilən terrorda onlarla adam yaralanıb.

 
Rəsmi  Bağdad deyir ki, şəhər yalnız 2014-cü ildə İŞİD tərəfindən  ölkənin böyük əraziləri ələ keçirildikdən sonra gündəlik bombalanma və silahlı hücumlara məruz qalıb.

Ancaq dekabr ayında hücumçuların məğlubiyyətindən  silahlı hücumların sayında sürətli azalma müşahidə olunub.

 
İraqın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, araşdırmalar nəticəsində daha çox cəsədin aşkar ediləcəyi ehtimal olunur.

 
Şənbə günü isə Bağdadda baş verən bombalı hücumda ən az 5 nəfərin həyatını itirdiyi bildirilir.

Tarix
15 Yanvar 2018 [11:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin