“Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov “Bursaspor” klubuna təklif edilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda “ağ yaşıllar”a keçə biləcəyini ehtimal olunur.
Həmçinin məlumatda bildirilir ki, “Kayserispor” da Cəfərovla maraqlanır.
Tarix
15 Yanvar 2018 [10:38]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin