Teleradio Şurasından Mirşahinin yeni telekanal açmasına REAKSİYA

10:32 - 15 Yanvar 2018 - Xəbər

Fəaliyyəti iki il əvvəl dayandırılmış ANS telekanalının vitse –prezidenti Mirşahin Ağayevin yeni televiziya açdığı barədə məlumat yayılıb.

Məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb. Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı və digərlərinin olduğu deyilir.

İddia olunur ki, yeni telekanal öncələr internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. "Qafqzinfo"nun yaydığı məlumatda layihənin Mirşahinə məxsus olduğu vurğulanır.
 

"Ucnoqoqta.az" xəbər verir ki, məsələ ilə bağlı Mili Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev Modern.az-a deyib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur:

“Televiziya açılması üçün MTRŞ-ya müraciət edilməlidir. Əgər regional kanallardan, yaxud ölkə yayımçılarından söhbət gedirsə, müvafiq boş tezliklər olmalıdır. Həmçinin, müvafiq qaydada müsabiqə elan olunmalıdır. Müsabiqəyə sənədlər qəbul olunaraq, nəticələri elan olunmalıdır. Nəticədə isə lisenziya verilməlidir. İnternet televiziyasıdırsa, bu, bizlik məsələ deyil”.
 
MTRŞ-nın bu açıqlaması yeni telekanalın internet üzərindən yayımlanacağını deməyə əsas verir. Əgər məlumat doğrudursa...

Xəbər xətti