Dayanacaq üstündə dava — Qonşusunu qətlə yetirdi

10:16 - 15 Yanvar 2018 - HADİSƏ

Qanlı hadisə Yasamal rayonu, X. Mustafayev küçəsində baş verib.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki 1970-ci il təvəllüdlü Ələsgərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb.
 

 Mübahisə zamanı qonşusu  1960-cı il təvəllüdlü Rzayev  Vidadi Dilavər oğlu ona 9 bıçaq zərbəsi vurub. 
 

Ş. Ələsgərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Yasamal rayon Polis İdarəsi 29-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat  tədbirləri nəticəsində hadisəni törədən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.  
 

Faktla bağlı Yasamal Rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti