“Qarabağ” Dino Ndlovunun ölkəsindən hücumçu alır

10:14 - 15 Yanvar 2018 - İDMAN

Dino Ndlovunun gedişindən sonra hücumçu axtarışlarına başlayan “Qarabağ” Afrika qitəsindən transfer edə bilər.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının mətbuatı Ağdam klubunun bu ölkənin “Mamelodi Sandaunz” klubunda çıxış edən Xama Billiatı heyətinə qatmaq istədiyini yazıb.
 

Bildirilir ki, tərəflər arasında artıq danışıqlar başlayıb və davam edir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək.

Xəbər xətti