Rus idmançını öldürən azərbaycanlının məhkəməsi başlayır

10:09 - 15 Yanvar 2018 - Xəbər

Rusiyanın Xabarovsk vilayət məhkəməsində  pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.   

 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.
  
 
Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3  vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.  

 
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. 
 
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Xəbər xətti