Ana səhifə
21 Avqust 2018

Ankara: ABŞ Suriyadakı terror təşkilatlarını qanuniləşdirir

Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planı yolverilməzdir.

"Ucnoqta.az" APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. 
 
"ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu  öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün  səylərini əsirgəməyəcək", - deyə İbrahim Kalın qeyd edib. 
 
Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri»  yaratmağa başlayıb.  
 
APA-nın «Gazeta.ru»-ya istinadən verdiyi xəbərə görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib. 
 
Alyansın «Suriya Demokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir. 
 
«Hazırda, ilkin mərhələdə,  təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb. 
 
Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək. 

Tarix
15 Yanvar 2018 [20:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin