SON DƏQİQƏ! Bağdad "partladı" - Ölənlər var

09:52 - 15 Yanvar 2018 - DÜNYA

Bu gün səhər saatlarında Bağdadda iki partlayış baş verib.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, İraq DİN partlayışlar nəticəsində azı 6 nəfərin öldüyü barədə xəbəri təsdiqləyib. Daha 24 nəfərin xəsarət aldığı bildirilir.
 

İlkin məlumata görə, partlayışlardan biri terrorçu-intiharçı tərəfindən törədilib.
 

İnsidentlə bağlı digər təfərrüatlar verilməyib, partlayışlarla bağlı məsuliyyəti hələ heç kəs üzərinə götürməyib.
 

Ərazi polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.

Xəbər xətti