Həftə sonu Azərbaycanda qeydə alınan cinayətlərin və yol qəzalarının sayı açıqlanıb.
"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, yanvar ayının 13-dən 15-dək ölkənin daxili işlər orqanları tərəfindən 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.