AFFA millimizə növbəti rəqib tapdı

18:38 - 15 Yanvar 2018 - İDMAN

Millimiz daha bir yığma ilə yoldaşlıq matçı keçirəcək.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə ilkin razılıq əldə edilib.
 

Matç fevralın 2-də keçiriləcək.
 

Qeyd edək ki, millimizin Gürcüstanla fevralın 2-də keçirməli olduğu yoxlama oyunu qarşı tərəfin istəyilə ləğv olunmuşdu. Qurban Qurbanovun başçılıq etdiyi komanda yanvarın 30-da isə Moldova yığması ilə qarşılaşacaq.

Xəbər xətti