Deputatların tətili başa çatıb

09:31 - 15 Yanvar 2018 - Xəbər

Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti bu gün başa çatıb.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bu həftə parlamentin komitələri işə başlayacaq.

Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.

Xəbər xətti