Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü

21:55 - 13 Yanvar 2018 - DÜNYA

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin "Twitter" səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı olub.

 

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

 

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Qəzanın səbəbləri məlum deyil.

Xəbər xətti